Aİ Ukraynaya yardımın başqa variantlarını nəzərdən keçirir
16-12-2023, 10:14
Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bildirib ki, yanvarda 50 milyard avroluq 4 illik proqram üzrə razılığa gəlmək mümkün olmasa, Avropa İttifaqı Ukraynaya yardım üçün alternativ variantlar hazırlamalıdır.
Xarici mətbuat xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Aİ sammitinin yekununda bildirib.
Onun sözlərinə görə, razılıq əldə olunmasa, 2024-cü ilin yanvarında yeni görüş keçiriləcək.
Ursula fon der Leyen vurğulayıb ki, Aİ-nin yeni sammitinin qərarının nə olacağından asılı olmayaraq, Avropa Komissiyası bu vaxtdan operativ qərarlar hazırlamaq üçün istifadə edəcək.