İlham Əliyevin ilk rəqibləri bilindi: Siyahıda başqa kimlər olacaq?

16-12-2023, 17:03           
İlham Əliyevin ilk rəqibləri bilindi: Siyahıda başqa kimlər olacaq?
“Son 20 ilin siyasi mənzərəsinin kodlarını, bütün proseslərin mahiyyətini və günümüzdə zəfər epoxasını hazırkı seçkilərdə görmək olar”.

Bu sözləri Globalinfo.az-a beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, deputat Zahid Orucun və Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafanın prezident seçkilərində namizəd kimi iştirak etmələri və ehtimal digər namizədlər haqda danışarkən deyib.

Onun sözlərinə görə, yeni bir seçki dönəminin, respublikanın, seçki təfəkkürünün, qalibiyyət üzərindən əsaslandırılması çox önəmlidir:

“Tarixi zəfərin daxildə davam etdirilməsi, yeni düşüncənin inşası və iqtisadi inkişaf, tərəqqi naminə yeni baxışların sərgilənməsinə ehtiyac var. Bu mənada STM idarə heyətinin sədri Zahid Orucun və Fazil Mustafanın seçki marafonuna qoşulmaları məntiqlidir.

Zahid Oruc bir beyin mərkəzi rəhbəridir. Bu baxımdan İlham Əliyevin rəhbərliyi ilə başladılmış dövlət siyasəti ilə bağlı fikir sahibidir. Bu baxımdan seçkilərdə layiqli rəqib olacaq. Onu da deyim ki, biz rəqib anlayışını siyasi proseslərdə istifadə etsək də bugünkü tarixi prosesdə bu termin də dəyişib. Yəni söhbət bizim bildiyimiz ənənəvi rəqiblikdən getmir.

O ki qaldı seçkilərdə iştirak edəcək digər namizədlərə, Azərbaycan Respublikasının Konstitusiyasının tələbləri var. Bu tələblərə uyan hər kəs seçkidə iştirak edə bilər. Konkret kimlərin iştirak edəcəyi barədə fikir bildirmək doğru olmaz. Lakin onu deyim ki, bu seçkidə xarici qüvvələrə xidmət edən şəxslər iştirak etməyəcək. Bu seçki çirkli oyunlara alət olanların, şər-böhtan atanların seçkisi olmayacaq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.