Avstriyadan gözlənilməz addım: Vyana Rusiyaya qarşı sanksiyalar paketinin qəbuluna mane olub

17-12-2023, 11:35           
Avstriyadan gözlənilməz addım: Vyana Rusiyaya qarşı sanksiyalar paketinin qəbuluna mane olub
Avstriya Avropa İttifaqının (Aİ) sammitindən əvvəl Aİ-nin Rusiyaya qarşı 12-ci sanksiyalar paketinin qəbuluna mane olub.

Qeyd olunur ki, Avstriyanın bu qərarı Kiyevin “Raiffeisen” bank qrupunun fəaliyyətinə qadağa qoyması ilə əlaqədardır.

Belə ki, Ukrayna “Raiffeisen” bank qrupunu müharibənin sponsorları siyahısına əlavə edərək onun ölkə ərazisində fəaliyyətini dayandırıb.
Vyana isə Kiyevdən bu qərarı tezliklə dəyişdirməyi və bankın fəaliyyətinə qoyulan qadağanı ləğv etməyi tələb edir.

Mənbə: “EUobserver”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru