İrəvanın mərkəzindən yayılan görüntülər erməniləri qəzəbləndirdi – VİDEO

18-12-2023, 10:08           
İrəvanın mərkəzindən yayılan görüntülər erməniləri qəzəbləndirdi – VİDEO
Son zamanlarda hindlilərin çox sayda köç etdiyi ölkələrdən biri də Ermənistandır. Yeni Dehli və İrəvan arasında yaxın münasibətlərin olması, gələn hindlilərin turist axını kimi xoş qəbul edilməsinə baxmayaraq axır zamanlarda Ermənistanda narazılıq artır.

Globalinfo.az xəbər verir ki, son olaraq İrəvanın mərkəzi “Respublika” meydanı adlanan ərazisindən çəkilən görüntülər erməni ictimaiyyətində birmənalı qarşılanmayıb.

Belə ki, yayılan videoda meydanda bir qrup hindistanlının yüksək səslə hind mahnısı dinləyərək rəqs etdiyi görünür.

Hələ bir neçə ay öncə sentyabrın 19-u Qarabağda keçirilən antiterror əməliyyatları zamanı sözügedən meydanda Ermənistanın son dövrlər ən güclü və şiddətli mitinqi keçirilmişdi. Nəticədə isə 80-dən çox erməni saxlanılmış, daha sonra onların bəziləri sərbəst buraxılsa da, bir qismi həbs edilmişdi. Ermənilərin Qarabağı tamamilə itirmək və həmin meydanda yaşanan gərginliklərdən sonra özlərini yas içində hesab etdikləri bir zamanda hindlilərin görüntüləri diqqət çəkib.

Bir çox şəxs buna etiraz edir, onları olduqları ölkəyə hörmətsizlikdə günahlandırırlar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.