HƏMAS 2011-ci il razılaşmasına uyğun İsrailə məhbus mübadiləsi təklif edib

19-12-2023, 09:03           
HƏMAS 2011-ci il razılaşmasına uyğun İsrailə məhbus mübadiləsi təklif edib
Fələstinin HƏMAS hərəkatı əsgər Gilad Şalitin azadlığa buraxıldığı 2011-ci ildə imzalanmış razılaşmanı nümunə götürərək, İsraillə əsir mübadiləsi sazişi bağlamağa hazır olduğunu bildirib.

Bu barədə radikal təşkilatın rəhbərliyinin üzvü Usama Həmdan məlumat verib.

“İsrailin bir neçə variantı var ki, onlardan ən yaxşısı əsgər Gilad Şalitin azad edildiyi şərtlərlə əsirlərin dəyişdirilməsidir. Əks halda, onun qoşunları atəşə məruz qalaraq həlak olacaq və ya onları pilot Ron Aradla eyni aqibət gözləyir”, - deyə Həmdan bildirib.
Qeyd edək ki, Şalit 2011-ci il oktyabrın 18-də HƏMAS-ın 5 ildən çox əsirlikdə qaldıqdan sonra azad edilib. Bunun müqabilində İsrail hakimiyyəti 1 027 fələstinlini, həmin il dekabrın 18-də isə daha 550 nəfəri həbsdən azad edib. İsrail Hərbi Hava Qüvvələrinin podpolkovniki Ron Arad 1986-cı ildə Livanda təyyarəsi Səidə yaxınlığında qəzaya uğradıqdan sonra əsir götürülüb və hələ də itkin düşüb.

Mənbə: TASS












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.