"Qərb Rusiyanı beş yerə bölməyə çalışırdı" - Putin

19-12-2023, 19:27           
"Qərb Rusiyanı beş yerə bölməyə çalışırdı" - Putin
"Qərb Rusiya Federasiyasını beş yerə bölməyə çalışır. Hətta bu ideya açıq şəkildə müzakirə olunub".
Bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
"Rusiyanın özünü də, bildiyimiz kimi, hissələrə - beş yerə bölmək planlaşdırılırdı. Onlar bunu gizlətməyiblər. Hər şey açıq şəkildə müzakirə edilib, açıq şəkildə", - Putin Rusiya Müdafiə Nazirliyi kollegiyasının genişləndirilmiş iclasında deyib.
Onun versiyasına görə, SSRİ-nin dağılmasından sonra Qərb “çox fəal şəkildə Rusiyada işləməyə” və “formalaşan müstəqil dövlətləri genişləndirməyə” başlayıb. Putinin sözlərinə görə, guya Qərb dövlətləri Rusiyanı məhv etmək üçün "beşinci kolon", separatçılar və beynəlxalq terror təşkilatları ilə işləyiblər.
UNİAN












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.