"Husilər Qırmızı dənizdə gəmilərə dron və raketlərlə hücum edirlər" - PENTAQON

20-12-2023, 00:09           
"Husilər Qırmızı dənizdə gəmilərə dron və raketlərlə hücum edirlər" - PENTAQON
Yəmənin «Ənsar Allah» üsyançı hərəkatından olan husilər Fələstin-İsrail münaqişəsinin qızışmağa başlamasından bəri Qırmızı dənizdə gəmilərə 100-dən çox hücum həyata keçirib.

Bu barədə Pentaqonun Qırmızı dənizdəki vəziyyətlə bağlı 43 ölkənin nümayəndələrinin iştirak etdiyi onlayn konfransdan sonra dərc olunmuş bəyanatında deyilir.

Məlumata görə, husilər pilotsuz uçuş aparatları və ballistik raketlərdən istifadə etməklə 100-dən çox hücum həyata keçiriblərr. "10 ticarət gəmisinə hücum edilib ki, bu da 35-dən çox ölkəyə təsir göstərib”.

Pentaqon qeyd edib ki, hazırda dünya ticarətinin 10-15%-i Qırmızı dəniz vasitəsilə həyata keçirilir. Beynəlxalq gəmiçilik şirkətləri husilərin atəşə tutması nəticəsində gəmiləri Ümid burnundan keçirərək, neft və qaz da daxil olmaqla əsas malların çatdırılmasına həftələr əlavə etməyə məcbur edilir.

Bazar ertəsi ABŞ müdafiə naziri Lloyd Ostin tərəfindən verilən açıqlamaya görə, ABŞ və bir sıra digər ölkələr husilərin hücumları fonunda naviqasiya azadlığını təmin etmək və gəmiləri qorumaq üçün Qırmızı dənizdə əməliyyat keçirmək niyyətindədir. Əməliyyatın iştirakçıları arasında Bəhreyn, Böyük Britaniya, İspaniya, İtaliya, Kanada, Hollandiya, Norveç, Seyşel adaları və Fransa olmalıdır.

Qəzza zolağında Fələstin-İsrail münaqişəsinin şiddətlənməsindən sonra husilər İsrail ərazisinə hücumlar edəcəklərini və əməliyyat başlanana qədər əlaqəli gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazından keçməsinə icazə verməyəcəklərini bildiriblər.
Mənbə: TASS












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.