“ABŞ BİZİ AVROPA İLƏ DÜŞMƏN ETDİ, MƏQSƏDİNƏ ÇATDI...” - Putin məsuliyyəti öz boynundan atır

20-12-2023, 00:02           
“ABŞ BİZİ AVROPA İLƏ DÜŞMƏN ETDİ, MƏQSƏDİNƏ ÇATDI...” -
Vladimir Putin Rusiya Müdafiə Nazirliyinin kollegiyasının genişləndirilmiş iclasında bildirib ki, ABŞ Rusiya və Avropanı bir-birindən ayırmaqla öz məqsədlərinə nail olub.

Putin ABŞ-nin Rusiya ilə Avropanı bir-birinə düşmən etməklə bağlı məqəsədinə çatdığını bildirib və buna görə məsuliyyəti öz boynundan atmağa çalışıb: "Onlar (ABŞ – red.) bizi və Avropanı bilərəkdən bu münaqişəyə sürüklədilər, bu mənada öz məqsədlərinə çatdılar. İndi onlar maliyyə məsuliyyəti və ödənişlər yükünü Avropanın üzərinə atırlar. Avropanın indiki iradəsiz və onurğasız siyasətçiləri buna müqavimət göstərə bilmirlər”.

Putin əlavə edib ki, Avropa ABŞ-yə müqavimət göstərə bilməz, çünki o, media, iqtisadiyyat və siyasətdə böyük ölçüdə Vaşinqtondan asılıdır.

Göründüyü kimi, suveren ölkəyə qarşı ədalətsiz, açıq işğalçılıq müharibəsinə başlayan Putin öz hərbi, siyasi və iqtisadi uğursuzluğuna, az qala bütün dünyanı Rusiyaya qarşı düşmən etdiyinə görə məsuliyyəti özündən başqa hər kəsin üzərinə atır.
Mənbə:TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru