Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan
20-12-2023, 08:18
Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağla bağlı bir-birlərinə ünvanladıqları ittihamlar uşaq çığallığına bənzəyir. Putin deyir ki, Qarabağı Azərbaycan ərazisi kimi birinci Paşinyan tanıyıb, Paşinyan is əksini bildirir ki, “yox, birinci sən tanıdın”. Bir-biri ilə elə mübahisə aparırlar ki, sanki söhbət onlara aid ərazidən gedir, bitdi də məsələ, Azərbaycan ərazi bütövlüyünü və Qarabağ üzərində suverenliyin bərpa edib, mübahisə üçün başqa mövzu tapın. Ermənistanın özündə də hakimiyyətlə müxalifət məğlubiyyəti bir-birlərinin üzərinə yükləməklə məşğuldurlar. Biz də 1990-cı illərdə eyni ilə məğlubiyyətin günahkarı mövzusu ətrafında illərlə müzakirələr apardıq. İkinci Qarabağ müharibəsi buna son qoydu, yeni mövzuları müzakirə edirik. Ermənistan cəmiyyəti və siyasi dairələri isə bizim 1990-cı illərdəki mövzularımızı müzakirə edirlər və bundan uzun illər qurtula bilməyəcəklər. Elxan Şahinoğlu Teref. Xocanın Blogu