Nasizm təbliğatının əleyhinəyik, ancaq bunun Ukrayna ilə əlaqəsi yoxdur.

21-12-2023, 09:43           
Nasizm təbliğatının əleyhinəyik, ancaq bunun Ukrayna ilə əlaqəsi yoxdur.
BMT Baş Assambleyası nasizmin tərənnümü ilə mübarizəyə dair Rusiya qətnaməsini qəbul edib. Qətnamə müəllifləri nasizmin tərənnümü və təbliği ilə bağlı hadisələri pisləyirlər. Kreml bu qətnamə ilə bir neçə məqsəd güdüb. Aydındır ki, elə bir ölkə tapılmaz ki, nasizmi dəstəkləsin, bu səbəbdən qətnamənin lehinə 118 ölkə səs verib. Bu səsvermə ilə Kreml göstərmək istəyib ki, dünyada nasizmlə mübarizədə Rusiya ön plandadır. İkincisi, Kreml BMT-dəki səsvermə ilə Ukraynaya qarşı işğalçı müharibəni yenə “nasizmlə mübarizə” pərdəsinə bürümək istəyib. Kremlin nəzarətindəki televiziyalar da illərdir təbliğat aparırlar ki, Ukraynada hakimiyyət nasist idelogiyasına xidmət edir və onunla mübarizə aparmaq lazımdır. Halbuki, tək elə prezidenti yəhudi olan siyasi xadim heç zaman nasist idelogiyasına xidmət etməz. “Ukraynada hakimiyyət nasitsələrin əlindədir” – Kremlin uydurduğu mifdir. BMT-dəki qətnamə Rusiyanın dar maraqlarına xidmət etdiyinə görə ABŞ, Böyük Britaniya, Almaniya, Yaponiya, İtaliya və Ukrayna da daxil olmaqla 49 ölkə sənədin əleyhinə səs verib, Türkiyə və 14 ölkə bitərəf qalıb. Azərbaycanın sənədə səs verməsi Rusiya ilə münasibətlərin gərginləşdirməməsi ilə əlaqələlidir, nasizm təbliğatının əleyhinəyik, ancaq bunun Ukrayna ilə əlaqəsi yoxdur.
Elxan Şahinoğlu
Teref. Xocanın Blogu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru