Putin qalib gəlsə... - Borrelldən xəbərdarlıq

21-12-2023, 10:32           
Putin qalib gəlsə... -
Rusiyanın Ukraynaya qarşı müharibəsi təkcə Kiyevi deyil, həm də Avropa demokratiyasını təhdid edir.

Axar.az xəbər verir ki, bu sözləri Avropa Birliyinin (AB) xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell deyib.

O qeyd edib ki, Putin qalib gələrsə, AB layihəsi böyük zərər görəcək:

“Əgər biz tez bir zamanda kursumuzu dəyişməsək və bütün imkanlarımızı səfərbər etməsək, Putinin Ukraynadakı müharibədə qalib gəlməsinə imkan versək və Qəzzada faciəni dayandıra bilməsək, layihəmizə ciddi ziyan dəyəcək”.

Borrellin sözlərinə görə, məsələ qısa müddətdə Rusiyanın Ukraynanı cəbhə xəttində məğlub edib-etməməsi deyil, Avropanın Rusiyanın müharibədə qalib gəlməsinin qarşısını almaq üçün nə etdiyidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru