Trampın praymerizdən kənarlaşdırılması tələb edilir

21-12-2023, 11:46           
Trampın praymerizdən kənarlaşdırılması tələb edilir
Daha 16 ştat Koloradodan nümunə götürmək qərarına gəlib və ABŞ-ın keçmiş prezidenti Donald Trampın praymerizdən kənarlaşdırılmasını tələb edib.

Redaktor.az xəbər verir ki, bu barədə öz mənbələrinə istinadən "The New Tork Times" məlumat yayıb.

Nəşr qeyd edir ki, hazırda ən azı 16 ştatda Trampın 14-cü düzəlişə əsasən prezident vəzifəsini yerinə yetirmək hüququna malik olmadığı iddiası ilə məhkəmə prosesi davam edir.

Bütün iddialar Trampı 6 yanvar 2021-ci ildə Kapitoliyada baş verən iğtişaşda iştirak etməkdə ittiham edir.

Bundan əvvəl məlum olmuşdu ki, Kolorado Ali Məhkəməsinin üzvləri Trampın praymerizdən kənarlaşdırılması qərarından sonra təhdidlə üzləşiblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru