Putinin seçki qərargahına aktyor rəhbərlik edəcək – Ukraynanı məhv etməyə çağırdığı üçün...

21-12-2023, 18:08           
Putinin seçki qərargahına aktyor rəhbərlik edəcək –
Vladimir Putinin 2024-cü il martın 15-17-nə təyin edilmiş seçkidəki qərargahına aktyor Vladimir Maşkov, 52 saylı Moskva xəstəxanasının baş həkimi Marianna Lısenko və Donetsk vilayətindəki separatçıları təmsil edən Artyom Joqa rəhbərlik edəcəklər.

“AzPolitika.info” Rusiya mətbuatına istinadla xəbər verir ki, qərargah artıq Moskvada fəaliyyətə başlayıb. Gələcəkdə qərargah rəisləri regionları gəzməyi planlaşdırırlar.

Xəbərdə qeyd olunur ki, 2018-ci ildə Rusiyada keçirilən prezident seçkilərində də Putinin qərargahına istedadlı uşaqlar üçün mərkəzin rəhbəri, “KamAZ”-ın baş direktoru və Rusiya Elmlər Akademiyasının akademiki olmaqla, üç nəfər rəhbərlik edirdi.

Xatırladaq ki, 2023-cü ilin mayında Ukrayna hüquq-mühafizə orqanları məşhur rus aktyoru Vladimir Maşkova qarşı cinayət işi açıb. O, dəfələrlə çıxışlarında Ukraynanın məhv edilməsinə dair açıq ekstremist çağırışlar edib. İstintaqın məlumatına görə, 2022-ci il ərzində Rusiya Federasiyasının Ukraynaya qarşı silahlı təcavüzü başlayandan bəri məşhur rusiyalı aktyor sistemli şəkildə Rusiya Federasiyası ərazisində, Luqansk və Donetsk vilayətlərinin işğal olunmuş ərazilərində konsertlərdə və kütləvi tədbirlərdə iştirak edərək, təcavüzkar dövlətin prezidentinə və hərbçilərinə dəstək olub. Həmçinin, “İnstaqram” və “Telegram” hesablarında Maşkov mütəmadi olaraq Rusiyanın hərbi cinayətlərini tərənnüm edir. Aktyor çoxsaylı müsahibələrində və Rusiyanın mərkəzi kanallarındakı çıxışlarında Ukraynanın məhv edilməsinə, Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin Rusiya tərəfindən ilhaq edilməsinə çağırıb.

“AzPolitika.info”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru