Dünyada bütün xəstəliklər Saakaşvilidə var - Kaladze

22-12-2023, 09:34           
Dünyada bütün xəstəliklər Saakaşvilidə var - Kaladze
Gürcüstanın məhkum olunmuş eks-prezidenti Mixail Saakaşvilinin vəziyyəti əladır, onun həbsxanaya köçürülməsi ilə bağlı qərarı müvafiq qurum verəcək.
Bu barədə Gürcüstanın hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyasının baş katibi, Tiflis meri Kaxa Kaladze bildirib.
"Əslində bu adam pəhriz saxlayırdı. Əla formadadır, yaxşı görünür. Ola bilsin ki, müvafiq şöbə qərar qəbul etsin", - Kaladze jurnalistlərə deyib.
Tiflis meri vurğulayıb ki, Saakaşvilinin səhhətində heç vaxt problem olmayıb:
"Bu, sadəcə spekulyasiya idi. O, sadəcə olaraq, səhhətində problem varmış kimi ölkəyə qarşı kampaniya aparırdı. Deyəsən, dünyada olan bütün xəstəliklərin hamısı onda var idi. Bunu onun tərəfdarları və ailə üzvləri deyirdi". (Axar.az)
Qeyd edək ki, Gürcüstanın keçmiş baş naziri Giorgi Qaxariyanın rəhbərlik etdiyi “Gürcüstan naminə” partiyası Saakaşvilinin ən azı Yeni il tətilindən sonra cəzaçəkmə müəssisəsinə köçürülməsini hökumətdən xahiş etmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru