ABŞ-li professordan məşhur müğənni ilə bağlı təklif: “Baydenin xeyrinə istifadə edək” - FOTO

22-12-2023, 12:34           
ABŞ-li professordan məşhur müğənni ilə bağlı təklif:
ABŞ-li müğənni Teylor Svift 2024-cü ildə prezident seçkisi zamanı Co Bayden üçün faydalı ola bilər.

Bu barədə Boulinq-Qrin Dövlət Universitetinin politologiya üzrə professoru Devid Cekson fikir bildirib.

Onun fikrincə, Teylor Svift gəncləri indiki dövlət başçısının xeyrinə yönləndirmək iqtidarındadır.

Devid Cekson qeyd edib ki, müğənni olduqca populyardır və digər ictimai xadimlərin kifayət qədər dəstəyinə malikdir.

Professorun sözlərinə görə, öz xalqı üçün o, etibarlı insandır, çünki son bir neçə ildə siyasi aktivliyinin artmasına baxmayaraq siyasi mövzularda nadir hallarda danışıb.
“Əgər o, Bayden üçün kampaniya aparsa, ona gənc seçicilərlə bağlı kömək edə bilər. Bəzi sorğuların göstərdiyi kimi, məhz bu kateqoriyadan olan vətəndaşlar baxımından Baydenin köməyə ehtiyacı var”, - deyə politoloq vurğulayıb.





Mənbə: MK.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru