İndoneziya Ukrayna münaqişəsində NATO-nu günahlandırdı

22-12-2023, 16:54           
İndoneziya Ukrayna münaqişəsində NATO-nu günahlandırdı
“İndoneziya yaxşı başa düşür ki, Ukrayna münaqişəsinin qızışmasına səbəb Şimali Atlantika Alyansının ambisiyaları olub”.

Bu sözləri İndoneziya Demokratik Mübarizə Partiyasının baş katibi Xasto Kristianto deyib.

Onun sözlərinə görə, ölkələrin suverenliyinə hörmət İndoneziyanın xarici siyasətinin fundamental prinsiplərindən biridir.

“Bu baxımdan, biz Rusiya və Ukrayna ilə bağlı vəziyyəti tam şəkildə başa düşürük. Çünki bu, suverenlik problemidir və NATO-nun ambisiyaları səbəbindən ortaya çıxıb”, - deyə Xasto Kristianto qeyd edib.
O, həmçinin bildirib ki, İndoneziyanın öz suverenliyinin qorunmasına da lazımi diqqət yetirilməlidir.

Mənbə: MK.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru