ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi

23-12-2023, 10:24           
ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi
ABŞ Prezidenti Co Bayden Rusiyaya qarşı sanksiyaları sərtləşdirən fərman imzalayıb.
Yeniavaz.com xəbər verir ki, fərman ABŞ Maliyyə Nazirliyinə balıq və dəniz məhsullarının xüsusi növlərinin - qızılbalıq, treska, mintay və xərçənglərin idxalına qadağa tətbiq etməyə imkan verib.
Fərman əsasən üçüncü ölkələr vasitəsilə ikili istifadə texnologiyalarının tədarükü imkanlarının dayandırılmasına yönəlib və Rusiyaya sanksiyalardan yayınmağa kömək edən Rusiya hərbi-sənaye kompleksi üçün təchizat əməliyyatlarında iştirak edən xarici banklara aiddir.
Digər tərəfdən, yeni sənəd Rusiyada istehsal olunan qeyri-sənaye almazlarının, alkoqollu içkilərin, habelə dəniz məhsulları və balıqların ABŞ-a idxalını qadağan edən 11 mart 2022-ci ildə qəbul edilmiş 14068 nömrəli Fərmanı tamamlayır. Bu fərmanda konkret balıq növləri göstərilməyib, onlar yeni sənədə daxil edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.