BMT-dən Qəzza ilə bağlı qətnamə - Rusiya və ABŞ bitərəf qaldı

23-12-2023, 07:42           
BMT-dən Qəzza ilə bağlı qətnamə -
BMT Təhlükəsizlik Şurası Qəzza zolağına humanitar yardımın maneəsiz çatdırılmasını və genişləndirilməsini asanlaşdırmağı nəzərdə tutun qətnamə qəbul edib.

Bu barədə BMT-nin saytında məlumat yerləşdirilib.

Qətnamənin lehinə 15 ölkədən 13-ü səs verib. Rusiya və ABŞ bitərəf qalıb.

Ərəb ölkələri tərəfindən hazırlanan qətnamənin mətnində bildirilir ki, BMT Təhlükəsizlik Şurası təşkilatın baş katibi Antonio Quterreşdən humanitar məsələlər üzrə yüksək səviyyəli əlaqələndirici təyin etməyi və Qəzza zolağına humanitar yardımın sürətləndirilmiş şəkildə çatdırılması mexanizmini yaratmağı xahiş edir.

Qətnamədə deyilir ki, BMT Təhlükəsizlik Şurası anklavda HƏMAS tərəfindən saxlanılan “girovların dərhal və qeyd-şərtsiz azad edilməsini” tələb edir. Qətnamədə, həmçinin Qəzzaya lazımi miqdarda yanacağın çatdırılmasının təmin edilməsi tələb olunur.

Səsvermədən əvvəl Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya mətndəki “atəşkəs üçün şəraitin yaradılması” ifadəsinin “humanitar yardımın təhlükəsiz daxil olmasını təmin etmək üçün atəşin dayandırılması” ilə əvəz edilməsini təklif edib. 10 ölkə düzəlişin lehinə səs verib, lakin ABŞ bu təklifi rədd edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.