"NYT": RUSİYA ATƏŞKƏSLƏ BAĞLI DANIŞIQLARA HAZIRDIR

24-12-2023, 09:54           
"NYT": RUSİYA ATƏŞKƏSLƏ BAĞLI DANIŞIQLARA HAZIRDIR
Rusiya vasitəçilər vasitəsilə Qərbə Ukraynadakı vəziyyətlə bağlı danışıqlara, o cümlədən atəşkəslə bağlı danışıqlara hazır olması barədə siqnallar çatdırmağa çalışır.

Bu barədə Amerikanın “The New York Times” (NYT) nəşri Kremlə yaxın olan iki keçmiş məmura istinadən yazır.

Nəşrin məlumatına görə, Moskva hərbi əməliyyatları dondurmağa hazırdır, lakin eyni zamanda, indiki mövqelərində qalır. Keçmiş yüksək rütbəli rus məmurunun sözlərinə görə, Rusiya “bir metr geri çəkilmək” niyyətində deyil.

Qəzetin mənbəsi bildirir ki, bu cür siqnallar ən azı sentyabr ayından “səhnə arxası diplomatiya” çərçivəsində göndərilir. Eyni zamanda, Ukraynanın belə bir sövdələşməni qəbul edə bilməyəcəyi ilə bağlı qorxular var və Moskvanın münaqişənin bu yolla həlli ideyası yalnız “Kreml tərəfindən çaşdırmaq cəhdi” ola bilər.

Eyni zamanda, dekabrın 20-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kreml Ukrayna üzrə sülh danışıqlarının aparılması üçün ilkin şərtləri görmür.
tezadlar












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.