Rejissoru rus, aktyoru erməni olan hind filmi.

24-12-2023, 11:54           
Rejissoru rus, aktyoru erməni olan hind filmi.
Qərbin Rusiyaya qarşı tədbiq etdiyi sanksiyalardan yan keçmək üçün (bir tək silah-sursat məsələsinə ciddi nəzarət edirlər, ölkələr də Ş.Koreyadan başqa, Kremlə silah satmır), elə Qərb şirkətləri onlarla mexanizm tapıblar, həmin şirkətlər bir neçə ölkədən, o cümlədən Ermənistandan gen-bol istifadə edirlər. İrəvan Kreml üçün "nəfəsliklərdən" biri rolunu oynayır, ona görə də, sözdə "dalaşsalar" da, əməldə ciddi əməkdaşlıqları davam edir. Son 2 ildə Ermənistandan Rusiyaya ixrac 3 dəfəyə yaxın artıb, illik qarşılıqlı ticarət dövriyyələri 5 mlrd. dolları keçib - belə "düşmənçilik" olmur.
Son 2 ildə Ermənistan Rusiyaya 3,7 mlrd. dollarlıq ikili təyinatlı mal "ixrac" edib - yarımkeçiricilər, mikrosxemlər, elektron avadanlıqlar, yaxşı, Ermənistan bu məhsulları istehsal edirmi - təbii ki, yox, Rusiya Ermənistanda yerli şirkətlər yaradıb rahatça işləyirlər. İrəvan da babat pul qazanır, ona görə ÜDM artımı onlarda tarixi rekordlar vurur.
Yaxşı, indi sorucaqsız ki, Hindistanın bu məsələ nə dəxli var?! Tələsməyin, hekayə hələ indi başlayır. Qərb özü-özünə Rusiyaya neft-neft məhsulları almağı qadağan edib, amma ehtiyacları var axı, hələ sovet dövründən bəzi zavodlar məhz Rusiya neftinə uyğun emal texnologiyaları ilə təhciz edilmişdi - rusun nefti daha ağır neftdir, emalı bir az fərqlidir.
Belə olan halda maraqlı bir sxem düşündülər - Hindistan Rusiyadan neft alır, başqa tankerə boşaldır, və ya emal edir və Avropaya satır. Formal olaraq bu artıq urus nefti olmur, Qərbin vicdanı "təmiz" qalır, amma ehtiyacını da ödəmiş olur.
2023-cü ilin ilk yarısında Hindistan Rusiyadan 2022-ci ilin eyni dövrünə nisbətən 11 dəfə (!!!) çox neft alıb! Rusiya bu ilin ilk 6 ayında Hindistana 31,6 mlrd. dollarlıq mal (neft/neft məhsulları) satıb, həmin ölkədən isə cəmi 1,7 mlrd. dollarlıq mal alıb - beləliklə, 30 mlrd. dollara yaxın Rusiyanın lehinə müsbət saldo yaranıb və bu vəsait Hindistan rupisində, bu ölkənin banklarına yığılıb. Çünki, Hindistan Mərkəzi Bankı onları konvertasiya edib Rusiyaya ötürməyə mane olacaq qərar verib. Yəni, rəsmi Deli də gördü ki, gələb-gedən urusun pulunu yeyir, dedilər biz kimdən əskiyik, müəyyən maneələr icad etdilər, bilirlər ki, Kremlin başqa yolu yoxdur, nefti satmaqda davam edəcək. Hindistan qərar verdi ki, Rusiya o rupilərə ölkədən nə istəsə alıb-apara bilər - hə, indi gəlirik filmin maraqlı səhnəsinə.
Son aylar Hindistan, nədənsə, Ermənistanı yaman sevməyə başlayıb, ard-ardına silah anlaşmaları imzalayır, silah göndərirlər. Bəyəm İrəvanın indi Hindistandan silah almağa ildə 1 mlrd. dollar artıq pulu var?! Məncə, sxem belədir - Rusiya Hindistan banklarında ilişən 30 mlrd. dollarlıq rupiyə arada silah alıb Ermənistan alırmış kimi rəsmiləşdirib İrəvana göndərirlər, sonra da həmin silahlar Rusiyaya gedir, bəzi silah növləri, raketlər Rusiyanın istehsal etdiyi ölçedə və kalibrdədir, hətta Rusiya üzərindəki yazıları, nömrələri asanlıqla dəyişib öz malı kimi istifadə edə bilər.
Beləliklə, bu "hind filmini" ciddi araşdırmaq lazımdır, Azərbaycanın rəsmi orqanları məsələni beynəlxalq gündəmə çıxartmalıdırlar, çox güman, əsl Bollywood stilindədir, birinə zərbə dəyir, 15 metr o yanda o birisi yıxılır...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.