Rusiyanın Ermənistan planı: İkinci baş konsulluq açılır

25-12-2023, 15:57           
Rusiyanın  Ermənistan planı: İkinci baş konsulluq açılır
Rusiya Ermənistanda ikinci baş konsulluq açmağı planlaşdırır.

Bu barədə KP.ru- ya müsahibəsində Rusiya Xarici İşlər Nazirliyi rəhbərinin müavini Yevgeni İvanov bildirib.

“Yaxın gələcəkdə Rusiyanın xaricdəki diplomatik mövcudluğunun əhəmiyyətli dərəcədə genişlənməsi olacaq.

Burkina-Faso və Ekvatorial Qvineyada səfirliklərin, Qafan (Ermənistan), Aktau (Qazaxıstan), Səmərqənd (Özbəkistan), Denpasar (İndoneziya) və Male (Maldiv adaları) şəhərlərində baş konsulluqların açılması ilə bağlı artıq qərarlar qəbul edilib və həmin dövlətlərin səlahiyyətli orqanları ilə razılaşdırılıb.

Növbəti illər üçün planlara prezidentin fərmanı ilə təsdiq edilmiş Rusiya Federasiyasının yeni Xarici Siyasət Konsepsiyasına uyğun olaraq coğrafi regionlarda yerləşən bir sıra dövlətlərdə bizim üçün əsas olan diplomatik və konsulluq nümayəndəliklərinin açılması daxildir”, - deyə o qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru