Rusiya bu ölkələrin yük maşınlarının girişinə qoyulan qadağanı uzatdı

26-12-2023, 09:08           
Rusiya bu ölkələrin yük maşınlarının girişinə qoyulan qadağanı uzatdı
Rusiyanın Avropa İttifaqı (Aİ), Böyük Britaniya, Norveç və Ukraynadan olan yük maşınlarına 2022-ci ildən tətbiq etdiyi ölkəyə giriş qadağası uzadılıb.

Yenisabah.az xəbər verir ki, Rusiya hökumətinin təyin etdiyi müddətin uzadılması qərarı Aİ-nin Rusiya və Belarus nömrəli yük maşınlarını öz ərazisinə buraxmamaq qərarına cavab olaraq qəbul edilib.

Hökumətin verdiyi açıqlamada, qadağa məhdudiyyətin həyata keçirilməsinə səbəb olan hallar aradan qaldırılana qədər qüvvədə olacaq.

Qadağanın tətbiq olunmadığı istisnalara poçt göndərişləri, diplomatik poçt və humanitar yardım daşımaları daxildir. Bundan əlavə, yükdaşıyan nəqliyyat vasitələri arasında texniki dəstək göstərənlər, idman tədbirlərinə avadanlıq və idman vasitələri daşıyanlar da məhdudiyyətdən azaddırlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru