İsrail qəzetindən SENSASİON yazı: Ölən və yaralanan əsgərlərin sayı…

26-12-2023, 09:57           
İsrail qəzetindən SENSASİON yazı:
ABŞ oktyabrın 7-dən İsrailə silahla birlikdə 20 gəmi və 230 təyyarə göndərib.

Gununsesi.info xəbər verir ki, İsrailin “Yediot Ahronot” qəzeti ABŞ-ın İsrailə göndərdiyi silahlarla bağlı məlumat yayıb.

Qəzetin yazdığına görə, Qəzzada hərbi əməliyyatlar başlayandan bəri ABŞ İsrailə 230 təyyarə və 20 silahla gəmi göndərib. Bu silahlara artilleriya mərmiləri, zirehli maşınlar və hərbçilər üçün əsas döyüş texnikası daxildir.

İsrail Müdafiə Nazirliyinin yüksək rütbəli məmuru sursatların necə istifadə edildiyi barədə qəzetə danışıb.

Onun sözlərinə görə, İsrail ordusu müharibədən əvvəl əlində olan sursatların böyük hissəsini istifadə edib. Eyni zamanda, “Hizbullah”a qarşı genişmiqyaslı müharibəyə hazır olmaq üçün anbarlarını doldurub.

Materialda qeyd olunur ki, İsrail ordusu Livan cəbhəsində hücum və hava hücumundan müdafiə üçün ayrılmış sursatlardan istifadə etməyib.

Məqalədə qeyd edilir ki, “Qəzzada təhlükə” Təl-Əvivin gözlədiyindən də güclü olub, toqquşmalarda ölən və yaralanan İsrail əsgərlərinin sayı çox yüksəkdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru