Pakistanın tanınmış siyasi xadimi "Taliban"la ölkəsi arasında gərginliyi müzakirə edib

8-01-2024, 07:23           
Pakistanın tanınmış siyasi xadimi "Taliban"la ölkəsi arasında gərginliyi müzakirə edib
Pakistanın tanınmış siyasi xadimi və İslam Alimləri Cəmiyyəti Şurası Partiyasının sədri Mövlana Fazlur Rəhman yanvarın 7-də iki ölkə arasında gərginliyin azalmasına kömək məqsədi ilə Əfqanıstanın paytaxtı Kabilə səfər edib.

“Report” xəbər verir ki, məlumatı İRNA yayıb.

Bildirilib ki, onu Əfqanıstanın “Taliban” hökuməti dəvət edib.

Məlumata görə, səfər iki ölkə arasında yüksək səviyyəli təmasların olmadığı, ortaq sərhədlərdəki iğtişaşların və fikir ayrılıqlarının artdığı bir vaxtda reallaşıb. Onu bu səfərdə Pakistanın Əfqanıstandakı müvəqqəti səfiri Übeydullah Nazamani müşayiət edib.

Mövlana Fazlur Rəhman Qəndəharda “Taliban” lideri Molla Heybətullah Axundzadə ilə görüşüb. Keçirilən görüşlərdə Pakistanın “Təhrik-e-Taliban” qruplaşması ilə bağlı yaranan problemlər müzakirə olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru