Prezidentliyə namizəd statusuna iddialı şəxslər Mərkəzi Seşki Komissiyasının binası qarşısında etiraz bildirib Prezidentliyə namizəd statusuna iddialı şəxslər Mərkəzi Seşki Komissiyasının binası qarşısında etiraz bildirib

8-01-2024, 09:34           
Prezidentliyə namizəd statusuna iddialı şəxslər Mərkəzi Seşki Komissiyasının binası qarşısında etiraz bildirib
Yanvarın 7-də prezidentliyə namizəd statusuna iddiaçı Namizəd Səfərov, Mətləb Mütəllimov və Sərvan Kərimov Mərkəzi Seçki Komissiyasının (MSK) binası qarşısında etiraz bəyanatı ilə çıxış ediblər. Onlar təqdim etdikləri bəyanatda bildiriblər ki, ayrıseçkiliyə məruz qalıblar və son bir həftədə ölkədə iş günü olmadığı səbəbindən prezidentliyə namizəd kimi qeydə alınmaq üçün tələb olunan 40 min imzanı qısa zamanda toplamaq mümkün deyil

Bəyanatda deyilir ki, onlardan fərqli olaraq hakimiyyətyönümlü iddiaçılar güzəştli şərtlərə malikdir.

“İmza vərəqələrinin hakimiyyətyönümlü iddiaçıların xeyrinə doldurulması barədə göstəriş verilib. MSK iddiaçıların sorğu və şikayətlərinə cavab vermir, bizi hətta MSK-nın binasına buraxmırlar", bəyanatı təqdim edən Mütəllimov deyib.

Bəyanatda deyilir ki, təzyiqlərə baxmayaraq prezidentliyə namizəd statusuna iddiaçı olan namizdəliyini müstəqil irəli sürmüş şəxslərin seçki kampaniyasında minlərlə seçici fəal iştirak edir.

Prezidentliyə namizəd statusuna 3 iddiaçı etiraz bəyanatı ilə çıxış edib

“Təzyiqlərə baxmayaraq seçicilər bizə könüllü imza verirlər. Bununla bərabər seçki kampaniyasında iştirak edən könüllülər hər cür maneələrlə üzləşir. İmza toplamaq üçün ali təhsil müəssiələrinə, dövlət müəssisələrinə digər seçici kontingentinə yaxın buraxılmırlar. Yaşayış yerlərində qorxu mühiti hökm sürdüyündən imza toplayan şəxslər qorxudulmuş əhali ilə ünsiyyətdə ola bilmir. Bütün bu qanunsuzluqlarla bağlı MSK-ya müracətlərimiz cavabsız qalır. Biz prezidentliyə namizəd statusuna iddialılar MSK sədri ilə görüşə bilmirik. Səlahiyyətli münayəndələrimiz isə MSK-nin binasına buraxılmır, hüquq pozuntuları ilə bağlı qanuni tədbir görülmür”, bəyanatda qeyd edilir.

Prezidentliyə namizəd statusuna iddialı şəxslər bildiriblər ki, 7 fevral seçkiləri “Azərbaycanda indiyədək keçirilən seçkilərdən pis mənada heç nə ilə fərqlənmir”.

“Biz bəyanatı imzalayan müstəqil namizədlik statusuna iddialılar seçkiləri tamaşa adlandırırıq. Seçki kampaniyasının dərhal dayandırlmasını və yeni seçkilərin elan edilmıəsini tələb edirik“, sənəddə qeyd edilir.

Mütəllimov bildirib ki, tələblərinə məhəl qoyulmasa Konstitusiya Məhkəməsinə, beynəlxalq təşkilatlara müraciət edərək seçkilərin nəticələrini tanımamağa çağıracaqlar.

Prezidentliyə namizəd statusuna iddialı Namizəd Səfərov bildirib ki, bir həftə ərzində bütün imza vərəqələrini doldurmaq mümkün deyil, çünki bayram günləridir vətəndaşlar dincəlir, iş günü deyil.

"MSK yaranmış vəziyyəti müzakirə etmək xahişlərimizə məhəl qoymur. Bu şəraitdə bir həftə ərzində 40 min imza toplamaq mümkün deyil, biz digər iddiaçıların MSK-ya təqdim etdikləri imza vərəqələri barədə bəyanatlarına inanmırıq. Hakimiyyəti dəstəkləyən və imza toplamaqda heç bir problemi olmadığını bildirən iddiaçılara inanmıram", Səfərov deyib

Prezidentliyə namizəd statusuna iddiaçı Sərvan Kərimov 10 min imza toplayıb, lakin MSK-nın müəyyən etdiyi vaxtın az olması səbəbindən seçkilərə buraxılmaq üçün daha 30 min imza toplamaq çətinləşir.

O bildirib ki, MSK-nın imzatoplama kampaniyası üçün müəyyən etdiyi vaxt azdır, seçici imzalarının toplanmasının müddəti uzadılmalıdır.

"Mən hesablamışam ki, bütün imza vərəqələrini doldurmaq üçün, hətta vətəndaşların mənzillərindən yan keçməklə 31 gün lazımdır. Bizə isə 7 gün ayrılıb", iddiaçı deyib.

Sərvan Kərimov 11 doldurulmamış imza vərəqəsini nümayişkaranə şəkildə MSK binasının qarşısına atıb.

Fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Azərbaycanda prezident yeddi il müddətinə seçilir, prezident seçkilərində qeyri-məhdud sayda şəxs iştirak edə bilər.

Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) 2023-cü il dekabrın 30-da hazırkı prezident İlham Əliyevin, yanvarın 6-da isə Zahid Oruc və Razi Nurullayevin prezidentliyə namizədliyini qeydə alıb.

İndiyədək 17 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənib. Bunlar Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədli İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc və Fuad Əliyev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, namizədliyi özü tərəfindən irəli sürülən Sərvan Kərimov, Mətləb Mütəllimli, Abutalıb Səmədov, Fikrət Yusifov, Yusif Bağırzadə, Arzuman Abdulkərimov, Yunus Oğuz, Qulamhüseyn Əlibəyli, Namizəd Səfərov və Əvəz Temirxandır.

Azərbaycanın müxalifət partiyaları Müsavat və Klassik Xalq Cəbhəsi Partiyası seçkilərdə iştirak etmir, Azərbaycan Xalq Cəbhəsi Partiyası isə seçkiləri boykot edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.