Nikol Paşinyan Ermənistandakı təxribatçılar barədə ölçü götürmək məcburiyyətindədir.

8-01-2024, 09:45           
Nikol Paşinyan Ermənistandakı təxribatçılar barədə ölçü götürmək məcburiyyətindədir.
Azərbaycan Silahlı Qüvvələrinin dekabrın 31-dən yanvarın 1-dək Ermənistan silahlı qüvvələrinin guya Zod kəndi istiqamətindəki mövqelərinə atəş açması barədə erməni mətbuatında yayılan məlumatların həqiqətə uyğun olmadığını elə Ermənistan Müdafiə Nazirliyi də təsdiq edib. Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan Azərbaycan tərəfinin bundan əvvəl diversiya cəhdi törətməyə çalışması barədə “məlumatı” da yalan adlandırıb. Hər iki dezinformasiyanı ilk yayan həmişəki kimi erməni “Hraparak” nəşri olub. İki ölkə arasındakı sərhəddə sakitlik hökm sürərkən bəzi erməni nəşrləri nədən “atəşkəsin pozulması” barədə xəbərlər yaymağa başlayıblar?
Məsələ burasındadır ki, mövcud sakitlik Ermənistandakı Qarabağ klanının və onların simasında radikal müxalifətin maraqlarına cavab vermir, gərginliklə bağlı dezinformasiyaları özlərinə yaxın nəşrlərə ötürməklə iki ölkə arasında sülh sazişinin imzalanması perspektivinə mane olmaq istəyirlər. Qarabağ klanı “dezinformasiyalardan” faydalana bilmədikdə, ordudakı bir qrup tərəfdarı vasitəsilə də təxribata əl ata bilər. Misal üçün mövqelərimizə atəş açaraq cavab atəşini Azərbaycan ordusunun həmləsi kimi qələmə verməyə çalışa bilərlər. Baş nazir Nikol Paşinyan Ermənistandakı təxribatçılar barədə ölçü götürmək məcburiyyətindədir.
Elxan Şahinoğlu
Teref: Xocanın Blogu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru