ABŞ-da Pentaqon şefindən şübhələnirlər: “İncə” əməliyyat keçirib?

8-01-2024, 12:29           
ABŞ-da Pentaqon şefindən şübhələnirlər: “İncə” əməliyyat keçirib?
Amerikalı jurnalist, “HuffPost” və “New York Magazine” nəşrlərinin müxbiri Yaşar Əli, Pentaqonun rəhbəri Lloyd Ostinin "həssas" əməliyyat keçirib-keçməməsi ilə maraqlanıb.

Bu barədə müəllif “X” sosial şəbəkəsində yazıb.

Əli bildirir ki, Ostinin müavini Ketlin Hiks müdirinin xəstəxanaya yerləşdirilməsindən xəbəri olmayıb və " Puerto Rikoda tətildə olarkən" vəzifəsinə başlayıb. Lakin şefinin səhhəti barədə yalnız dörd gün sonra, Ağ Evə bu barədə məlumat veriləndə öyrənib. "Nə baş verir? Bir növ incə əməliyyat, BBL (problemli dəri üçün cavanlaşdırma proseduru və qocalma əlamətlərinin qarşısının alınması – red.) keçirib? Yoxsa liposuction (yağların çıxarılması – red.), arıqlama əməliyyatı?” – jurnalist yazıb.

Daha əvvəl “Politico” qəzeti Pentaqonun ABŞ müdafiə nazirinin xəstəxanaya yerləşdirilməsi ilə bağlı Ağ Evə məlumat vermədiyini yazmışdı .

Ostinin özü sağaldığını və tezliklə Pentaqona qayıtmağı planlaşdırdığını bildirib. O, yanvarın 1-də xəstəxanaya yerləşdirildiyini yanvarın 6-da açıqlayıb. 70 yaşlı Ostinin diaqnozu barədə məlumat verilmir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.