Ağ Ev: Bayden Ostini işdən çıxarmayacaq

9-01-2024, 12:04           
Ağ Ev: Bayden Ostini işdən çıxarmayacaq
"ABŞ prezidenti Co Bayden müdafiə naziri Lloyd Ostini istefaya göndərməyi planlaşdırmır, lakin Vaşinqton administrasiyası Pentaqonun öz liderinin xəstəxanaya yerləşdirilməsi barədə dərhal məlumat vermədiyinə görə araşdırma aparacaq".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.

Dövlət başçısının Ostini istefaya göndərmək niyyətində olub-olmaması sualını cavablandıran Kirbi, bunu inkar edib.

Brifinqdə iştirak edən Ağ Evin mətbuat katibi Karine Jean-Pierre, Amerika liderinin 70 yaşlı Ostinə tam etibar etdiyini və etibar etməkdə davam etdiyini vurğulayıb.

"Əsas odur ki, o, mümkün qədər tez Pentaqona qayıtsın", - mətbuat katibi bildirib.

O qeyd edib ki, nazir hazırda Vaşinqtondan kənarda, Merilend ştatındakı Uolter Rid Tibb Mərkəzindədir, lakin vəzifəsinə qalır. Jean-Pierre həmçinin bildirib ki, Bayden yanvarın 6-da Pentaqon rəhbəri ilə danışıb.

Bundan əvvəl Konqres üzvləri Ostindən Pentaqonun niyə xəstəxanaya yerləşdirildiyini dərhal bildirmədiyini izah etməyi tələb edirdilər. "Politico" qəzeti isə bildirib ki, Müdafiə Nazirliyi Ostinin harada olduğu barədə məlumatları üç gün ərzində Ağ Evdən gizli saxlayıb. Pentaqon rəhbəri yanvarın 1-də son tibbi prosedurun yaratdığı fəsadlar səbəbindən xəstəxanaya yerləşdirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru