İsrailin müdafiə naziri ordunun Qəzzada əməliyyatın yeni mərhələsinə hazırlaşdığını açıqlayıb

9-01-2024, 16:08           
İsrailin müdafiə naziri ordunun Qəzzada əməliyyatın yeni mərhələsinə hazırlaşdığını açıqlayıb
“İsrail Müdafiə Ordusu (SAXAL) Qəzza zolağının şimalında hərbi əməliyyatların növbəti mərhələsinə hazırlaşır”.

Bunu İsrailin müdafiə naziri Yoav Qallant jurnalistlərə verdiyi müsahibəsində deyib.

“Biz Qəzza şəhəri də daxil olmaqla şimalda növbəti mərhələyə yaxınlaşmışıq”, - deyə Qallant bildirib.
Nazirin sözlərinə görə, SAXAL müharibənin intensiv manevr mərhələsindən müxtəlif növ xüsusi əməliyyatlara keçəcək.

Mənbə: The Wall Street Journal












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru