Macarıstan bu məsələdə İsraili dəstəkləyir

10-01-2024, 10:03           
Macarıstan bu məsələdə İsraili dəstəkləyir
Macarıstan Beynəlxalq Ədalət Məhkəməsində İsrailə qarşı qaldırılan iddianı pisləyib.
Macarıstanın xarici işlər naziri Peter Siyarto bu barədə feysbuk sosial şəbəkə hesabında paylaşım edib. Bildirib ki, bu gün israilli həmkarı İsrael Katzla telefon danışığı aparıb.
Siyarto BMT-nin əsas məhkəmə orqanı olan Beynəlxalq Ədalət Məhkəməsində İsrailə qarşı qaldırılan işi pisləyib və hücuma məruz qalan bir ölkəni soyqırımda ittiham etməyin absurd olduğunu bildirib.

Həmçinin, yeni təyinatı münasibətilə İsrael Katzı təbrik etdiyini və Yaxın Şərqdəki vəziyyəti müzakirə etdiyini qeyd edib.
“Macarıstanın mövqeyi dəyişməyib, biz İsrailin özünümüdafiə hüququnu dəstəkləyirik”, – o yazıb.
Xatırladaq ki, Cənubi Afrika Respublikası (CAR) İsrailin 7 oktyabrdan bəri Qəzzada törətdiyi hərəkətlərlə BMT-nin 1948-ci il Soyqırımın qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyasını pozduğunu əsas gətirərək Beynəlxalq Ədalət Məhkəməsində iddia qaldırıb və müvəqqəti qərar verilməsini istəyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru