Tramp: Mən NATO-ya demişəm - hesabları ödəyin və ya Rusiya istədiyini edə bilər

12-02-2024, 12:13           
Tramp: Mən NATO-ya demişəm -
Respublikaçın prezidentliyə öndə gedən namizədi Donald Tramp şənbə günü deyib ki, prezident kimi o, NATO müttəfiqlərinə xəbərdarlıq edib ki, o, Rusiyanı “ödənişləri etməyən” ölkələrə qarşı “istədiyini etməyə” həvəsləndirəcək. Bununla sabiq prezident xarici yardım və beynəlxalq alyanslara qarşısı hücumlarını artırıb.

Cənubi Karolina ştatının Konvey şəhərində seçicilər qarşısında çıxış edən Tramp transatlantik alyansın müdafiə xərcləri hədəflərini icra edə bilməyən üzvləri müdafiə etməmək təhdidinə görə onunla üz-üzə gələn adını açıqlamadığı bir NATO üzvü ölkəsi haqqında hekayəni yenidən danışıb.

Lakin bu dəfə Tramp daha da irəli gedərək, əslində, Rusiyanı bu halda istədiyi kimi davranmağa “təşviq edəcəyini” söylədi.

“Ödəniş verməmisiniz? Xeyr, bu halda səni qorumazdım. Əslində, mən onları (Rusiyanı) istədiklərini etməyə təşviq edərdim. Sən ödəməlisən. Hesablarını ödəməlisən”, deyə Tramp bildirib.

NATO müttəfiqləri 2014-cü ildə Rusiyanın Ukraynanın Krım yarımadasını ilhaq etməsindən sonra Soyuq Müharibədən sonra icra etdikləri xərclərin azaldılmasını dayandırmaq və 2024-cü ilə qədər ÜDM-lərinin 2%-ni müdafiəyə xərcləməyə keçmək barədə razılığa gəliblər.

Ağ Evin sözçüsü Endryu Beyts Trampın dediklərinə reaksiya verərək deyib ki, “qatil rejimlər tərəfindən ən yaxın müttəfiqlərimizə təcavüzün təşviq edilməsi dəhşətlidir və bu, Amerikanın milli təhlükəsizliyini, qlobal sabitliyi və ölkə daxilində iqtisadiyyatımızı təhlükə altına alır”.

2016-cı il seçki kampaniyası zamanı Tramp bildirmişdi ki, ABŞ onun rəhbərliyi altında NATO müqaviləsi üzrə öhdəliklərini tərk edə bilər və yalnız ÜDM-in 2 faizini hərbi sahəyə ayıran alyans üzvlərinin müdafiəsinə qalxa bilər.

Tramp prezident seçildikdən sonra, nəticədə NATO-nun qarşılıqlı müdafiə müddəasını təsdiqlədi. Bu maddəyə əsasən, alyansın bir və ya bir neçə üzvünə qarşı silahlı hücun bütün üzvlərə qarşı hücum kimi qiymətləndirilir. Lakin Tramp, tez-tez NATO müttəfiqlərini ABŞ ordusu üzərində olan zəlilər kimi təsvir edib və onilliklər ərzində Amerikanın xarici siyasətini müəyyən edən hərbi ittifaqın dəyərini açıq şəkildə şübhə altına alıb.
amerikaninsesi












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.