“Bu xallı adamı bitirməyin vaxtı gəldi” – Qorbaçovun “qələminin qırıldığı” görüşlə bağlı açıqlama

27-02-2024, 16:47           
“Bu xallı adamı bitirməyin vaxtı gəldi” –
“Rusiyanı sovet imperiyasının taleyi gözləyir. Çünki Rusiya da varisi kimi ayaqları gil üzərində dayanan təkərlər üzərində bərqərardır”.

KONKRET.az xəbər verir ki, bu proqnozu Ukraynanın tanınmış jurnalisti Dmitri Qordon dilə gətirib.

Bu məqamda jurnalist SSRİ-yə son qoyan Beloveski görüşünü xatırladıb. Bildirib ki, SSRİ, sözün əsl mənasında, bir təkanla dağılanda, müttəfiq respublikaların rəhbərləri seçimlərini etdilər. Onlar Qorbaçovun əlinin altında, onun əmrləri ilə ora-bura qaçmağa son vermək və ölkələrində birinci şəxs olmaq istədilər:

“Belovejski müqaviləsinin bütün iştirakçılarından müsahibə almışam. Həmin görüş zamanı Ukrayna Prezidenti Kravçuk bildirib ki, ABŞ Prezidenti Corc Buş, Böyük Britaniyanın Baş naziri Marqaret Tetçer Kiyevə səfər edəndə onun yanına gəlsələr də, onlar Moskvaya səfər edəndə yalnız Qorbaçovla görüşürlər. Bundan sonra isə Yeltsin “bu xallı adamı bitirməyin vaxtıdır” deyib. Vəssalam, onlar sovet ittifaqını bitirdilər və çox doğru hərəkət etdilər. Çox sağ olsunlar”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.