Vitali Balasanyandan Paşinyana: - Sakit buraxın, çevriliş edəsi deyiləm

4-04-2024, 21:33           
Vitali Balasanyandan Paşinyana: - Sakit buraxın, çevriliş edəsi deyiləm
Qarabağdan Ermənistana köçən Vitali Balasanyan bir neçə qohumu ilə birlikdə anti-korrupsiya komitəsinə çağırılıb.

Ölkə.Az xəbər verir ki, anti-korrupsiya komitəsində Balasanyanın və onun ətrafındakılardan Həkəridən Azərbaycan sərhədini necə keçdiklərini öyrənməyə çalışıblar. Lakin ən çox hüquq-mühafizə orqanları onların siyasi proseslərdə iştirak edib-etməyəcəyi ilə maraqlanıb.

Bir neçə sorğu-sualdan sonra "artsaxın təhlükəsizlik şurasının keçmiş katibi" Balasanyan Ermənistanın baş naziri Nikol Paşinyanla dolayı yolla əlaqə saxlayıb. O, hakimiyyətin dəyişdirilməsi və siyasi proseslərdə iştirak etmək niyyətində olmadığını bildirib.

Balasanyan Paşinyandan onu sakit buraxmağı tələb edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru