Simonyan xəritə yaydı: Tavuşda heç bir kəndi vermirik

5-04-2024, 00:19           
Simonyan xəritə yaydı: Tavuşda heç bir kəndi vermirik
Ermənistan parlamentinin spikeri Alen Simonyan Tavuşda hansısa kənd və ya qəsəbənin Azərbaycana verilmədiyini bildirən paylaşım edib.

Simonyan ümumiyyətlə belə bir müzakirənin getmədiyini vurğulayıb.

O qeyd edib ki, Tavuşda hansısa kəndin veriləcəyini nə o deyib, nə də komanda yoldaşları:

“Getmək, sərhəd kəndlərinə girib reallığı, deyilənləri manipulyasiya edərək ehtirasları qızışdırmaq, insanların duyğuları ilə oynamaq ən son keyfiyyətlərin əyani sübutudur. Belə şeylər heç kimə siyasi divident gətirə bilməz”.

O vurğulayıb ki, Ermənistan Respublikasının aydın xəritəsi var:

“O xəritə ilə biz müstəqil olduq və bu, müzakirə mövzusu deyil”.

Simonyan paylaşdığı xəritədə Qazaxın hazırda Ermənistanda işğal altında olan anklav olmayan 4 kəndinin Azərbaycan sərhədləri daxilində olduğu, digər 3 kəndimizin isə eksklavımız olduğu açıq-aydın görünür. Eyni zamanda Naxçıvanın Kərki kəndinin də Azərbaycan ərazisi olduğunu Simonyan bu xəritə ilə təsdiqləyib və Ermənistanın hansısa kəndinin verilmədiyini, Azərbaycanın öz kəndlərinin qaytarıldığını izah edib./axar.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru