ABŞ Rusiya və Çin arasında müdafiə sahəsində əməkdaşlığın dərinləşməsindən narahatdır

6-04-2024, 08:04           
ABŞ Rusiya və Çin arasında müdafiə sahəsində əməkdaşlığın dərinləşməsindən narahatdır
ABŞ Dövlət katibi Antoni Blinken Brüsseldə NATO-ya üzv ölkələrdən olan həmkarları ilə görüşündə Rusiya ilə Çin arasında müdafiə sahəsində əməkdaşlığın dərinləşməsindən narahat olduğunu bildirib.

“Report” xəbər verir ki, bu barədə “The Financial Times” nəşri mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, A.Blinken aprelin 3-4-də aparılan danışıqlar zamanı Pekinin lazımi avadanlıqlar, materiallar və texniki ekspertizalar vermək yolu ilə Rusiya hərbi-sənaye kompleksinə dəstək verməsindən narahatlığını ifadə edib: “Çinin yardımının ilk növbədə Rusiyada optik avadanlıqların istehsalına, həmçinin raket yanacağı komponentlərinin və kosmik sənayeyə aiddir”.

Nəşrin məlumatına görə, ABŞ Dövlət katibi NATO üzvü ölkələrindən olan həmkarlarını Rusiyanın sənaye bazasını gücləndirə biləcək Çin şirkətlərinə qarşı tədbirlər görməyə çağırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru