Cənubi Koreya Ukraynaya 2,3 milyard dollar maliyyə yardımı ayıracaq

6-04-2024, 09:53           
Cənubi Koreya Ukraynaya 2,3 milyard dollar maliyyə yardımı ayıracaq
Koreya Respublikası 2024-cü ildə Ukraynaya 2,3 milyard dollar maliyyə yardımı ayıracaq.

Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bunu Koreya Respublikasının xarici işlər naziri Ço Txe Yol NATO ölkələrinin və onların tərəfdaşlarının xarici işlər nazirlərinin görüşündə deyib.

“Ölkəmiz Ukraynaya sülhün bərpası naminə yardım göstərməyə davam edəcək və bu ildən başlayaraq 2,3 milyard dollarlıq orta və uzunmüddətli paket ayrılacaq”, – o vurğulayıb.

Bundan əlavə, Cənubi Koreya yaralanan Ukrayna hərbçiləri üçün reabilitasiya mərkəzlərinin fəaliyyət göstərməsi üçün NATO fondu vasitəsilə 12 milyon dollar məbləğində maliyyə yardımı ayıracaq.

Cənubi Koreya Kiyevi silah və döyüş sursatla tədarük etmir və ona yalnız humanitar və maliyyə yardımı göstərib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru