Ermənistanda Paşinyana quyu qazmaq istəyənlər var.

6-04-2024, 12:04           
Ermənistanda Paşinyana quyu qazmaq istəyənlər var.
Baş nazir Nikol Paşinyan Brüsseldə ABŞ və Avropa İttifaqı rəsmiləri ilə görüşərkən Ermənistan-Azərbaycan sərhəddinin Tovuz istiqamətində atışma qeydə alınırdı.
Halbuki, Paşinyan Brüsselə yollanmadan əvvəl müdafiə nazirini sakit durmağı xəbərdar etməli idi. Əgər belə bir xəbərdarlığa rəğmən, ordu Azərbaycan ərazisini atəşə tutubsa, demək Ermənistanda Paşinyana quyu qazmaq istəyənlər var.
İkinci Qarabağ müharibəsi də belə başlamışdı. İndi bu təxribatlara cavab olaraq Azərbaycan ordusu Qazaxa bitişik 4 kəndə daxil olarsa, Belçika paytaxtında Paşinyana müxtəlif dəstək vədləri verənlər nə edəcəklər?
Vaşinqton və Brüssel Paşinyana maliyyə ayıracaqlarını vəd ediblər, daha deməyiblər ki, Ermənistan ordusunun təxribatına cavab olaraq Azərbaycan ordusunun 4 kəndə daxil olmasını əngəlləyəcəklər.
Elxan Şahinoğlu
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru