ABŞ kosmosda silahların yerləşdirilməsini qadağan edən sənədin yaradılmasına mane olur

7-04-2024, 16:04           
ABŞ kosmosda silahların yerləşdirilməsini qadağan edən sənədin yaradılmasına mane olur
ABŞ və onun müttəfiqləri kosmosun silahlı qarşıdurma meydanına çevrilməsinin qarşısını almaq üçün nəzərdə tutulmuş sənədin hazırlanmasına mane olur.

Bu barədə Rusiyanın ABŞ-dakı səfirliyinin bəyanatında deyilir.

“Xatırladırıq ki, müttəfiqlərinin dəstəyi ilə tam hüquqlu beynəlxalq sənədin hazırlanmasına mane olan Vaşinqtondur. Eyni zamanda, Rusiya və Çin uzun illərdir ki, kosmosun silahlı qarşıdurma arenasına çevrilməsinin qarşısını almaq və kosmosda istənilən növ silahların yerləşdirilməsinin qadağan edilməsini nəzərdə tutan kompleks tədbirlər hazırlamaq üçün qlobal səylərə rəhbərlik edirlər”, - deyə bəyanatda vurğulanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru