İsrail səfiri Azərbaycanla bağlı paylaşım etdi

7-04-2024, 12:52           
İsrail səfiri Azərbaycanla bağlı paylaşım etdi
Azərbaycanın İsraildə səfirlik açması Bakı – Təl-Əviv əlaqələrinin artan gücü və yaxınlığının göstəricisidir.

Bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik Azərbaycan və İsrail arasında diplomatik münasibətlərin qurulmasının 31-ci ildönümü ilə bağlı paylaşımında qeyd edib.

“Bu gün, aprelin 7-də biz İsrail ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 31-ci ildönümünü qeyd edirik. Cəmi bir il öncə biz Azərbaycanın İsraildə səfirliyinin açılışını qeyd etdik. Bu mərhələ bizim əlaqələrimizin getdikcə artan gücünü və yaxınlığını vurğulayır. Dostluğumuz üçün daha da parlaq perspektivlərlə dolu gələcək naminə!”, – diplomat yazıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru