İran polisi Şərqi Azərbaycan vilayətində aksiya keçirən kənd sakinlərini həbs edib

24-05-2024, 13:04           
İran polisi Şərqi Azərbaycan vilayətində aksiya keçirən kənd sakinlərini həbs edib
Şərqi Azərbaycan vilayətində kənd sakinlərinin bölgədəki qum-çınqıl istehsalı zavodunun zərərli fəaliyyətlərinə etiraz olaraq keçirdikləri aksiya zamanı bəzi etirazçılar polis qüvvələri tərəfindən həbs edilib.

Araz News xəbər saytı və insan haqları üzrə fəaliyyət göstərən HRA agentliyi kimi mənbələrin xəbərlərinə görə, Sərəskənd (Həştrud) şəhristanının kəndlərində keçirilən etiraz aksiyasına müdaxilə edən polis və təhlükəsizlik qüvvələrinin nəzarət altına aldığı kənd sakinlərindən Rəhmət Səidi, Cəfər Şərifi, Davud Şərifi, Hadi Şərifi və Əqil Talibini adları məlum olub.

Tutulanların Sərəskənd həbsxanasına aparıldğı bildirilir.

Sərəskəndin Xoca-Uyğur, Bayat, Ləmşan və Xorasanlı kəndlərinin sakinləri bölgədə çoxsayda qum-çınqıl zavodunun fəaliyyətinə etiraz edirlər.

“Əhalinin dediyinə görə, zavodların geniş fəaliyyətləri səbəbilə bölgədəki Qaranqu çayının dərinliyi dəyişilib, eləcə də əkin yerləri və ətraf mühitə ziyan dəyib,” deyə Araz News bildirib.
Kənd sakinləri son vaxtlar bir neçə dəfə zavodların önündə etiraz aksiyası keçiriblər. Bu yaxınlarda bölgə əhalisinin etiraz aksiyası polis və təhlükəsizlik qüvvələrinin müdaxiləsi ilə zorakılığa səbəb olub.

Araz News xəbər saytının yazdığına görə, “kəndlilər bu zavodların fəaliyyətinin qanunsuz olduğunu deyir. Onlar deyir ki, mafiya qruplarının kontrolunda olan zavodlar dağlıq ərazidə hasar çəkərək bölgənin yeraltı xəzinələrini talan edirlər.”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.