PUTİNİN NİYYƏTİ AÇIQLANDI – “NATO ilə müharibəyə hazırlaşır və...”

26-05-2024, 00:08           
PUTİNİN NİYYƏTİ AÇIQLANDI –Kreml Ukraynanın kapitulyasiyasından başqa heç bir variantı qəbul etmir

“Atəşkəs Rusiyanın Ukrayna dövlətçiliyini məhv etmək üçün hücum kampaniyasını bərpa etməsinə mane olmur və Rusiya Ukrayna ərazisində gələcək hücum əməliyyatlarına hazırlaşmaq üçün istənilən atəşkəsdən istifadə edəcək”.

TEREF xəbər verir ki, ABŞ Müharibə Araşdırmaları İnstitutunun(ISW) son hesabatında belə deyilir.

Amerikalı analitiklər qeyd edir ki, Rusiya hazırda NATO ilə mümkün müharibəyə hazırlaşır və Kreml Ukraynanın kapitulyasiyasından başqa heç bir variantı qəbul etmir. Çünki Kreml Ukraynanın müstəqil dövlət kimi varlığını Rusiyanın NATO ilə mübarizəsində özü üçün ekzistensial təhlükə kimi qiymətləndirir.

Eyni zamanda, hesabatda qeyd olunur ki, Kreml müharibənin kritik anlarında Qərbin Ukraynaya dəstək qərarlarına təsir etmək və Qərbdən güzəştlər almaq səylərini davam etdirmək üçün danışıqlara maraq göstərməyə davam edəcək.

Xatırladaq ki, “Reuters” agentliyi ötən gün öz mənbələrinə istinadla yazıb ki, Putin atəşkəslə bağlı danışıqlara və mövcud cəbhə xəttində müharibəni dondurmağa hazırdır.

Azpolitika.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.