Bayden Putinə “qəddar tiran” dedi – "Ukraynanın yanındayıq, geri çəkilməyəcəyik"

27-05-2024, 12:14           
Bayden Putinə “qəddar tiran” dedi –
ABŞ prezidenti Co Bayden Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibədən danışarkən Kremlin rəhbəri Vladimir Putini “qəddar tiran” adlandırıb.

Azpost.info bildirir ki, Amerika prezidenti çıxışı zamanı ABŞ-ın Rusiya ilə müharibədə Ukraynaya sarsılmaz dəstəyini bir daha təsdiqləyib: “Biz Ukraynanın yanındayıq və onun yanında olacağıq. Biz illərdir yaxşı tanıdığım bir insana, qəddar tirana qarşıyıq. Biz geri çəkilməyəcəyik”.

Bayden ABŞ-ın Ukrayna ordusuna silah tədarükünü və təlimlərini davam etdirəcəyini vurğulayıb. Lakin o, ABŞ qoşunlarının Ukraynaya göndərilməsini istisna edib: “Amerika əsgərləri Ukraynadakı müharibədə iştirak etmir. Mən bunu belə davam etdirməkdə qərarlıyam”.

Bayden əlavə edib ki, Putin NATO-nun dağılacağına əmin idi.

“Əvəzində, dünya tarixində ən böyük müdafiə ittifaqı həmişəkindən daha güclüdür” deyə Bayden vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru