Minlərlə israilli girovların qaytarılması tələbilə nümayiş keçirib

27-05-2024, 12:34           
Minlərlə israilli girovların qaytarılması tələbilə nümayiş keçirib
Şənbə günü minlərlə israilli Təl-Əvivdə mitinq keçirərək, bir neçə nəfərin cəsədinin çıxarılmasından sonra Qəzzada saxlanılan girovları evlərinə qaytarmaq üçün hökumətdən təcili tədbirlər görülməsini tələb edib.

Agence France-Presse-in müxbirinin verdiyi məlumata görə, etirazçılar Tel-Əvivin Girovlar Meydanında bu ay İsrail əsgərləri tərəfindən cəsədləri çıxarılan əsirləri bir dəqiqəlik sükutla yad ediblər.

Ordu cümə günü bildirib ki, əsgərlər Qəzza zolağının şimalında Cəbəliyyədə gecə ərzində apardıqları əməliyyat zamanı üç girovun cəsədini çıxarıblar.

Hərbçilərin bəyanatında deyilir ki, Çanan Yablonka, braziliyalı-israilli Mişel Nisenbaum və fransalı-meksikalı Orion Hernandez Radonun qalıqları çıxarılıb və məhkəmə-tibbi ekspertizadan sonra onların ailələrinə məlumat verilib.

"Bir neçə saatdan sonra mən 42 yaşlı qardaşımı dəfn edəcəm... Bu andan qorxurdum", - deyə Yablonkanın bacısı Avivit şənbə günü keçirilən mitinqdə deyib.

“Qardaşım, sənə söz verirəm ki, bundan sonra da qışqırmağa, dəstəkləməyə, mübarizə aparmağa və bütün girovların sağ-salamat evlərinə qayıtması üçün hər şeyi edəcəyəm... Onları indi bu cəhənnəmdən çıxarmaq lazımdır”, - o əlavə etdi.

Daha dörd girovun - Ron Benyamin, Yitzak Gelerenter, Şani Louk və Amit Buskilanın cəsədləri ötən həftə çıxarılıb.

Yaxın ərazidə daha bir nümayiş - baş nazir Benyamin Netanyahunun istefası və növbədənkənar seçkilərin keçirilməsi tələbi ilə aksiya keçirilib.

İsrail və HƏMAS arasında artıq səkkizinci aydır davam edən müharibə 35,800-dən çox fələstinlinin ölümünə səbəb olub. Qəzzanın Səhiyyə Nazirliyi təqdim ediyi bu sayda mülki əhali və döyüşçülər arasında fərq qoyulmur. Qəzza əhalisinin 2,3 milyon əhalisinin təxminən 80%-i evlərini tərk edib. BMT rəsmiləri deyirlər ki, ərazinin bir hissəsində aclıq hökm sürür.

HƏMAS oktyabrın 7-də İsrailə hücum edərək, əksəriyyəti mülki şəxslər olmaqla 1200-ə yaxın insanı öldürdü və 250-yə yaxın girov götürdü. Bu hücumdan sonra İsrail HƏMAS-ı tamamilə aradan qaldırmaq məqsədilə Qəzza ərazisində hərbi əməliyyatlara başladı. HƏMAS militantları hələ də 100-ə yaxın girovu və 30-a yaxın şəxsin qalıqlarını saxlayır. Digər girovlar isə ötən il əldə edilən razılıq əsasında geri qaytarılmışdı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.