Şərq-Qərb marşrutu üzrə Azərbaycanla əməkdaşlıq etməyi planlaşdırırıq - ABŞ Dövlət Departamenti

7-06-2024, 16:44           
Şərq-Qərb marşrutu üzrə Azərbaycanla əməkdaşlıq etməyi planlaşdırırıq - ABŞ Dövlət Departamenti
ABŞ Şərq-Qərb marşrutu üzrə ticarəti gücləndirmək üçün Azərbaycanla əməkdaşlıq etməyi planlaşdırır.

Bu barədə "Report"un sorğusuna cavab olaraq ABŞ Dövlət Departamentindən bildiriblər.

Qeyd olunub ki, Azərbaycan Qərb bazarlarını Mərkəzi Asiya ölkələri ilə əlaqələndirərək bu ölkələrin qlobal bazarlara çıxışını təmin edəcək potensiala sahib olan şərq-qərb ticarət yolunun mühüm hissəsidir.

Dövlət Departamentindən bildirilib ki, ABŞ Azərbaycanda prioritetlərini irəlilətməyə sadiqdir və bu prioritet sahələr arasında iqtisadi artım da yer alır:

“Azərbaycan bu illər ərzində Avropada və regionda enerji təchizatının differensiallaşmasında və təhlükəsizliyində mühüm rol oynayır. ABŞ və Azərbaycan dekarbonizasiya səylərini davam etdirdiyinə görə, bərpa olunan enerji və təmiz enerji üzrə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi əməkdaşlıq üçün əlavə imkandır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru