AXCP sədr müavini cərimələnərək sərbəst buraxılıb

8-06-2024, 08:45           
AXCP sədr müavini cərimələnərək sərbəst buraxılıb
AXCP sədrinin müavini Ayaz Məhərrəmli iyunun 7-də Azərbaycan , İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə 150 manat cərimələnərək sərbəst buraxılıb.

Bu barədə Ayaz Məhərrəmli özü məlumat verib.

Məhərrəmlinin bildirdiyinə görə, o, taksi fəaliyyəti ilə məşğuldur və iyunun 6-da Şirvan şəhərinə bağlama aparıb.

"Bağlamanı gətirmişəm, evə. Daha sonra çörək yeməyə dəvət ediblər. 10 dəqiqədən sonra evə polis gəlib, bildiriblər ki, qonşuların oğurluqla bağlı şikayətləri var. Məni də daha sonra bölməyə aparıblar.Bu gün, iyunun 7-də isə İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə 150 manat cərimələyərək buraxdılar".

AXCP isə hesab edir ki, Ayaz Məhərrəmlinin saxlanılması birbaşa onun siyasi fəaliyyəti ilə bağlıdır.

Partiya bundan əvvəl məlumat yayaraq sədr müavini ilə iyunun 6-da axşam saatlarından əlaqə saxlamağın mümkün olmadığını bildirib.

Daha sonra partiya isə onun oğurluqda ittiham olunduğunu qeyd edib.

Daxili İşlər Nazirliyimim (DİN) Mətbuat xidməti də əvvəl açıqlama yayıb ki, iyunun 6-da saat 23 radələrində DİN-in “102 Zəng Mərkəzi”nə Şirvan şəhərində evlərin birinə oğurluq məqsədilə naməlum şəxsin daxil olması və bunun yaşayış sahəsində mövcud olan kameraya düşməsi ilə bağlı müraciəti daxil olub.

Açıqlamada bildirilib k, polis əməkdaşları tərəfindən çağırış üzrə həmin ünvanda olan şəxs saxlanılaraq Şirvan Şəhər Polis Şöbəsinə gətirilib. Araşdırmalarla həmin şəxsin Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunan, 1982-ci il təvəllüdlü Məhərrəmov Ayaz Həbib oğlu olması müəyyən edilib. Fakt üzrə araşdırma aparılır.

Daha sonra isə yenidən nazirliyin mətbut xidməti məlumat yayaraq, Şirvan şəhərində polis əməkdaşları tərəfindən saxlanılan AXCP İdarə Heyətinin üzvü, partiya sədrinin müavini Ayaz Məhərrəmovun sərbəst buraxıldığını açıqlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru