Aİ Leyenin AK rəhbəri təyin edilməsi ilə bağlı razılığa gələ bilməyib

18-06-2024, 15:44           
Aİ Leyenin AK rəhbəri təyin edilməsi ilə bağlı razılığa gələ bilməyib
Avropa İttifaqının (Aİ) dövlət və hökumət başçıları Ursula von der Leyenin yenidən Avropa Komissiyasının (AK) sədri vəzifəsinə təyin olunması ilə bağlı razılığa gəlməyiblər.

Bunu Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel Brüsseldə Aİ-nin 27 ölkəsinin liderlərinin qeyri-rəsmi şam yeməyindən sonra deyib

“Bu gün heç bir razılaşma yoxdur”, - deyə o bildirib.

Avropa Şurasının rəhbəri əlavə edib ki, liderlər “Avropa İttifaqının gələcəyi ilə bağlı fikirlərini bölüşən” Leyeni dinləyiblər.

Qeyd edək ki, 65 yaşlı Leyen 2019-cu ildən Avropa Komissiyasına rəhbərlik edir və təşkilata rəhbərlik edən ilk qadındır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.