Bu ölkədə uşaqlara İslam bayramlarını qeyd etmək qadağan olundu
21-06-2024, 09:54
Tacikistan parlamentinin yuxarı palatası adət-ənənələr və mərasimlər haqqında qanuna dəyişiklikləri təsdiqləyib.
TEREF xəbər verir ki, qanuna görə, iki İslam bayramı olan Qurban və Ramazan Bayramı günlərində ənənəvi uşaq şənliklərinin keçirilməsi qadağan olunur.
Uşaqların İslam bayramlarını qeyd etməsinə qanunvericilik qadağası ilə yanaşı, ölkəyə milli mədəniyyətə yad geyimlərin gətirilməsi, satışı və ictimai yerlərdə geyinilməsini qadağan edən qanun da təsdiq edilib. \\KONKRET.az