“Avrozona” iqtisadiyyatından mənfi siqnallar 22-06-2024, 12:34 “Avrozona”da özəl sektorun biznes fəaliyyətinin bərpası gözlənilmədən sürətini itirib,İndex.az xəbər verir ki, Fransada erkən seçki nəticələri şirkətlərə təzyiq göstərib və regionun istehsal sektoru ilin ən pis ayını keçirib.Belə ki, “S&P Global”ın “Kompozit Satınalma Menecerləri” indeksi iyun ayında 50,8-ə düşüb.Bu, 50 həddini aşan ardıcıl dördüncü ay olsa da, analitiklər artımın 52,5 səviyyəsində olacağını proqnozlaşdırmışdılar. Facebook-da paylaş