Kreml Avropa mediasını rusların üzünə bağladı

26-06-2024, 10:14           
Kreml Avropa mediasını rusların üzünə bağladı
Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Avropa İttifaqının (Aİ) 25 ölkəsinin onlarla aparıcı media saytları və digər media resursları Rusiyada bloklanacaq.

Nazirlikdən yayılan məlumatda qeyd edir ki, belə bir addım Aİ-nin üç Rusiya KİV-ini bloklamaq qərarına cavabdır.

Rusiya Xarici İşlər Nazirliyinin açıqladığı siyahıya ümumilikdə 81 KİV daxil edilib: Almaniyanın “Spiegel” və FAZ, Fransanın “Le Monde” və “Liberation”, İspaniyanın “El Pais”, İtaliyanın “La Stampa” və “La Repubblica”, “France Presse” agentliyi və bir sıra ölkələrin ictimai teleradio şirkətləri daxildir.

Moskva Avropa mediasını “xüsusi hərbi əməliyyatın gedişi barədə sistemli şəkildə yalan məlumat yaymaqda” ittiham edir. Eyni zamanda, Rusiya XİN qeyd edir: “Rusiya mediasına qoyulan məhdudiyyətlər aradan qaldırılarsa, Rusiya tərəfi də öz qərarına yenidən baxacaq”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.