Türkiyənin müdafiə naziri Bakıya niyə gəlir? - Şərh

2-09-2016, 18:44           

Türkiyənin müdafiə naziri Fikri İşık Azərbaycana səfər etməyi planlaşdırır. Nazirin Bakıya "ADEX-2016" müdafiə məhsulları sərgisində iştirak etmək üçün gələcəyi gözlənilir.

Hərbi ekspert Üzeyir Cəfərli Qaynarinfo.Az-a müsahibəsində bildirdi ki, Türkiyə müdafiə nazirin Bakıya gəlişi iki dövlət arasındakı əlaqələrin möhkəmlənməsinə və davamına söykənir:

“Fikri İşık nazir kimi ilk dəfədir ki, Azərbaycana gəlir. Bundan öncə keçmiş nazir İsmət Yılmazın da Bakıya səfəri olub. Bildiyiniz kimi, Türkiyə Suriya ərazisində uğurlu əməliyyatlar aparır. Amma bu əməliyyatların Azərbaycana aidiyyatı yoxdur. Bu səfər iki dövlət arasında hərbi əməkdaşlığın möhkəmlənməsinə və genişlənməsinə səbəb olacaq.”

Qeyd edək ki, II Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi sərgisi (ADEX 2016) sentyabr ayının 27-dən 30-dək Bakı Ekspo Mərkəzində keçiriləcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.